Öz Əllərinizlə Hazırladığınız Dəbli Çanta
Çanta hörməyi heç vaxt sınamamısınız? O zaman başlamaq üçün yaxşı fürsətdir!
8 noyabrda birlikdə çanta toxumağı öyrənəcəyik. Peşəkar mentorumuz ilk ilmədən başlayaraq bütün prosesdə sizə kömək edəcək. İstədiyiniz rəng kombinasiyasını seçəcək, öz çantanızı hazırlayacaqsınız.
Workshop zamanı isə birlikdə seçdiyimiz filmə baxacağıq. Yaradıcı və maraqlı atmosferdə həm öyrənib həm də xoş bir vaxt keçirəcəksiniz.
Bütün ləvazimatlar tərəfimizdən təmin olunur. Hazırladığınız çanta sonda sizə qalacaq.